Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BUTA.TV məktubun mətnini təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti Zari-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu yubiley tarixini qeyd edən ölkələrimizin vətəndaşları döyüş meydanlarında və arxa cəbhədə öz güclərini və həyatlarını əsirgəmədən nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər.
Əminəm ki, həmin ağır illərdə bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq.
Azərbaycan torpağında yaşayan bütün veteranlara səmimi minnətdarlıq, ürəkdən gələn təbrik sözlərimi, möhkəm cansağlığı, əmin-amanlıq və uzunömürlülük arzularımı çatdırmağı xahiş edirəm".
- Tramp hədələdi: İrana ağır zərbələr endirəcəyik!
- Avropanın seçkilərimizi tanıması önəmli deyil - Peskov
- Əfqanıstan mineral ehtiyatlarını ABŞ-a təklif etdi
- Putin və Szinpin görüşdü
- Ərdoğan da Bişkekdədir – Foto
- İspaniyada dəhşətli istilər: 5 mindən çox insan öldü
- Putin Qırğızıstanda səfərdədir - Video
- Qəzada ölən sürücü vəzifəli şəxs imiş - Foto