Rusiya meşə yanğını yaşayış sahələrinə çatır

21:48 - 30 Avqust 2026 - GÜNDƏM

 Rusiya meşə yanğını yaşayış sahələrinə çatır

Rusiyanın Anapa şəhərində yaxınlığında genişmiqyaslı meşə yanğını yaşayış binalarına çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Mash Teleqram” kanalı məlumat verib.

Bildirilib ki, ən gərgin vəziyyət Alekseyevka ərazisindədir, yanğın yaşayış sahələrinin bir neçə metrliyinə çatıb. Güclü külək vəziyyəti daha da ağırlaşdırır.

Məlumata görə, yanğın Çemburka adlanan ərazidə başlayıb, təxminən 10 hektar ərazini əhatə edir və 80 xilasedici, 25 texnika yanğını söndürmək üçün çalışır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol