Trampdan Kanada şirkətlərinə: ABŞ-a köçün!

00:51 - 31 Avqust 2026 - GÜNDƏM

 Trampdan Kanada şirkətlərinə: ABŞ-a köçün!

ABŞ Prezidenti Donald Tramp Amerikada fəaliyyət göstərən Kanada şirkətlərinə yeni tariflərdən yayınmaq üçün bizneslərini tamamilə bu ölkəyə köçürməyi təklif edib.

BUTA.TV xəbər verir ki, o, bu barədə "Truth Social" səhifəsində yazıb.

"ABŞ-da biznes fəaliyyəti ilə məşğul olan bütün Kanada şirkətləri dərhal ABŞ-a köçsünlər. Onların bir çoxu illər əvvəl ABŞ rəhbərliyinin yanlış siyasəti səbəbindən ölkəni tərk etmiş şirkətlərdir. Geri qayıtdığınız zaman artıq heç bir gömrük rüsumu olmayacaq",- o bildirib.

Tramp başqa bir paylaşımında vurğulayıb ki, Kanada ilə mövcud formada ticarət-iqtisadi münasibətlər ABŞ üçün sərfəli deyil:

"Kanada ABŞ-a qarşı ən çox sui-istifadəyə yol verən ölkələrdən biridir. Mənə Kanada avtomobilləri lazım deyil, Kanada ehtiyat hissələri lazım deyil, mənə Kanadadan heç nə lazım deyil. Kanada onilliklərdir bizi soyur. Və bu, artıq sona çatacaq".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol