Çikaqoda insanlara atəş açıldı: ölən və yaralananlar var

00:09 - 31 Avqust 2026 - GÜNDƏM

 Çikaqoda insanlara atəş açıldı: ölən və yaralananlar var

Avqustun 30-na keçən gecə Çikaqoda (İllinoys ştatı) baş vermiş kütləvi atışma nəticəsində ən azı bir nəfər həlak olub, daha doqquz nəfər yaralanıb.

BUTA.TV xəbər verir ki, bu barədə "ABC Nyus" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, avqustun 29-da yerli vaxtla 23:37 radələrində polis toplaşan insan kütləsini dağıtmaq üçün şəhərin cənubundakı Vaşinqton-park ərazisinə gəlib. Bu zaman atəş səsləri eşidilib.

Nəticədə 10 nəfər yaralanıb. 35 yaşlı qadın aldığı yaralardan xəstəxanada vəfat edib.

Hadisənin səbəbləri və atəş açan şəxsin kimliyi barədə məlumat hələlik daxil olmayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol