Gürcüstanın bu zavodu rus neftindən tamamən imtina etdi

21:03 - 30 Avqust 2026 - GÜNDƏM

 Gürcüstanın bu zavodu rus neftindən tamamən imtina etdi

Gürcüstanda yerləşən Kulevi neft emalı zavodu Rusiya xam neftinin emalını tamamilə dayandırıb.

BUTA.TV xəbər verir ki, bu barədə “bm.ge” nəşrinin məlumatında deyilir.

Zavod Qazaxıstan və Liviya neftinin emalına keçib.

Kulevi neft emalı zavodu ilk Liviya neftini 28 avqustda alıb. 2026-cı ilin iyul ayında Gürcüstan Qazaxıstandan 5500 ton xam neft idxal edib ki, bu da ilk hesab olunur.

Qeyd edək ki, Kulevi neft emalı zavodunun sahibi olan “Black Sea Petroleum” şirkəti 31 iyul 2026-cı ildə avqust ayından etibarən Rusiya neftinin emalını tamamilə dayandırmağı planlaşdırdığını və Qazaxıstan və Liviyadan yeni xam neft tədarükləri gözlədiyini açıqlamışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol