İranın tərəfdaş ölkələri ABŞ-ın yeni sərt sanksiyalarla bağlı təhdidlərinə kütləvi şəkildə məhəl qoymur. Vaşinqtonun “iqtisadi hücum” təşkil etmək cəhdi Çinin mövqeyi və müttəfiqlərin ticarət əlaqələrini kəsmək istəməməsi səbəbindən səmərəsiz olub.
BUTA.TV xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
ABŞ maliyyə naziri Skot Bessent müharibəyə son qoymaq məqsədilə Tehrana qarşı sərt iqtisadi təzyiqə başlanıldığını elan edərək, bu planı 1944-cü ildə Normandiyaya tarixi desant çıxarılması ilə müqayisə edib. Lakin regionun əsas oyunçuları Vaşinqtonun xəbərdarlığına faktiki olaraq məhəl qoymayıblar:
1.İran banklarının, xüsusilə "Bank Melli"nin Birləşmiş Ərəb Əmirliklərindəki filialları fəaliyyətini adi qaydada davam etdirir;
Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
2.İran, Türkiyə, BƏƏ, Azərbaycan, Rusiya və Çin arasında kommersiya uçuşları əvvəlki qaydada həyata keçirilir;
3. Pakistan ABŞ-ın birtərəfli məhdudiyyətlərinə əməl etmək məcburiyyətində olmadığını bəyan edib və quru yolu ilə ticarəti davam etdirir.
ABŞ həftənin sonunda BƏƏ-də fəaliyyət göstərən Misirin "Banque Misr" bankının filiallarına qarşı məhdudiyyətlər tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Lakin analitiklərin fikrincə, bu cür tədbirlər kifayət qədər təsirsizdir.
ABŞ administrasiyası üçün əsas dilemma Pekinin mövqeyidir. İstənilən effektiv sanksiya kampaniyası hazırda İran neftinin 90%-ni alan Çinə zərbə vurmalıdır. Lakin Pekin artıq Vaşinqtona sərt xəbərdarlıq edib və Tehranla ticarətdən geri çəkilmək niyyətində deyil.
- Hörmüzdə supertanker minaya düşdü: Yanğın başladı
- Nepalda ölənlərin sayı 900-ü keçdi
- İran ordusu ABŞ PUA-sını məhv etdi
- Sizin də küçədə itlər adamlardan çoxdur?
- Putin Çindən asılı vəziyyət düşür - VSJ
- Şimşəkin bacısı qızı idman zalında faciəvi şəkildə öldü
- Rusiya imperiyanı bərpa etmək istəyir - Xmara
- ABŞ-ın İrana "iqtisadi hücumu" nəticə vermədi