Ermənistanın 60%-inin Qərbi Azərbaycan adlanması...

12:54 - 26 May 2025 - GÜNDƏM

 Ermənistanın 60%-inin Qərbi Azərbaycan adlanması...

Sülh müqaviləsinin imzalanması Ermənistanla Azərbaycan arasında bütün mümkün problemləri həll edir.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu-2025” beynəlxalq forumunda deyib.

“İrəvan və Bakı sülh müqaviləsinin mətnini razılaşdıra biliblər. Danışıqlar başa çatıb, Ermənistan və şəxsən mən bəyan etmişik ki, biz sənədi imzalamağa hazırıq”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan sülh müqaviləsinin imzalanmasını rəsmi olaraq 2 məsələ ilə əlaqələndirir:

“Birincisi danışıqlar platforması kimi fəaliyyət göstərmək üçün yaradılmış ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlıdır. Ermənistan tərəfi üçün ATƏT-in Minsk qrupunun buraxılması məqbuldur, lakin biz əmin olmalıyıq ki, Ermənistan və Azərbaycan vəziyyəti eyni cür qəbul edir, onların niyyəti münaqişəni Ermənistan ərazisinə keçirmək deyil. Təəssüf ki, son illərdə Azərbaycan Ermənistan ərazisinin təxminən 60 faizini “Qərbi Azərbaycan” adlandırmağa başlayıb. Biz dəfələrlə demişik ki, Ermənistanın suveren ərazisində Qərbi Azərbaycan ola bilməz. İrəvan iki sənəd imzalamağı təklif edir - sülh müqaviləsi və Minsk qrupunun buraxılması təklifi ilə ATƏT-ə müraciət.

İkinci məsələ Ermənistan Konstitusiyasına aiddir. Aydındır ki, tərəflərin bir-birinə qarşı ərazi iddiaları olmamalıdır, amma gəlin anlayaq ki, Ermənistan Konstitusiyasında belə iddialar varmı? Qərar vermək səlahiyyəti yalnız Ermənistan Konstitusiya Məhkəməsinə aiddir. Ötən il Ermənistan və Azərbaycanın sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyalarının əsasnaməsi Konstitusiya Məhkəməsinə baxılması üçün təqdim edilib və sənəd müsbət cavab alıb. Bu, bizə güman etməyə imkan verir ki, hətta sülh müqaviləsi olduqda belə, Konstitusiya Məhkəməsinin cavabı müsbət olacaq”.

Paşinyan bildirib ki, həm reqlamentin, həm də müqavilənin əsasını Almatı Bəyannaməsi təşkil edir:

“Konstitusiya Məhkəməsi bəyan edib ki, bəyannamə Ermənistan Konstitusiyasına tam uyğundur. Bu o deməkdir ki, Konstitusiya heç kimə qarşı ərazi iddiası irəli sürmür.

Başqa bir müddəa var ki, tərəflər ərazi iddialarının olmadığını və gələcəkdə də təqdim etməyəcəklərini bəyan edirlər. Yəni Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsində heç bir ərazi iddiasının olmaması ilə bağlı razılığa gəliblər. Digər müddəa ondan ibarətdir ki, tərəflər müqaviləni yerinə yetirməkdən yayınmaq üçün öz qanunvericiliklərindən istifadə edə bilməzlər. Ermənistan qanunvericiliyinə görə, müqavilə Konstitusiya Məhkəməsi tərəfindən bağlanmalıdır. Konstitusiya Məhkəməsi mətnin konstitusiyaya uyğun olmadığı barədə qərar çıxarsa, hərçənd deməliyəm ki, komissiyanın qərarı ilə bağlı əvvəlki qərardan sonra Konstitusiya Məhkəməsi çətin belə bir qərar qəbul etsin, qeyri-adi vəziyyət yaranacaq. Ermənistanın və mənim mövqeyim necə olacaq? Mən Konstitusiya islahatlarının təşəbbüskarıyam, çünki sülh prosesini və razılaşmanı qaçırmaq olmaz. Gəlin cəmiyyəti davamlı sülhə nail olmaq üçün dəyişikliklər etməyə inandıraq. Konstitusiya Məhkəməsi layihənin tələblərə uyğun olduğuna qərar verərsə, onun ratifikasiya üçün parlamentə göndərilməsinə heç bir maneə olmayacaq. Sonra sənəd Ermənistanda ən yüksək hüquqi qüvvəni alacaq. Konstitusiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən, daxili qanunvericiliyə zidd olduqda beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Müqavilə Azərbaycanın bütün narahatlığını aradan qaldıracaq. Onların narahatlığını aradan qaldırmağın yolu müqaviləni imzalamaqdır, imzalamaqdan imtina etmək deyil. Bütün qorxuların aradan qalxacağına 100 faiz əmin olmaq üçün imza atmalısınız. Bu, bizim əsas mesajımızdır”.

Erməni baş nazir iddia edib ki, Azərbaycan konstitusiyasında Ermənistana qarşı müəyyən ərazi iddiaları var:

“Amma müqavilə imzalananda məsələnin həll olunacağına inandığımız üçün bu məsələni qaldırmadıq”.

Paşinyanın fikrincə, bəzi ekspertlər hesab edir ki, Azərbaycan imzalanmağı gecikdirməyə çalışır:

“Sazişin imzalanması bütün mümkün problemləri həll edir. Həm Ermənistan, həm də Azərbaycan üçün. Bütün diqqəti imzalamağa yönəltmək lazımdır. Mən, hökumətimiz və siyasi komandamız irəliləməyə və regionda davamlı sülhə nail olmaq üçün öz məsuliyyətimizdən pay götürməyə hazırıq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol