Bu gün dövlət qulluqçularının əksəriyyəti öz vəzifələrini vicdanla yerinə yetirir.
BUTA.TV xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirədə deyib.
Eldar Əzizov qeyd edib ki, etik pozuntular və vəzifə səlahiyyətlərindən sui-istifadə halları tamamilə qəbuledilməzdir.
O vurğulayıb ki, bu cür davranış dövlət qulluğu prinsiplərinə ziddir və dərhal və obyektiv şəkildə qiymətləndirilməlidir:
"Bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədirbilməz məmurların xəstə ambisiyalarla idarə olunaraq deqradasiyaya uğradığı və qəbuledilməz hərəkətlər və hətta xəyanət yoluna düşdüyü halları ilə qarşılaşırıq. Qoy hamı xatırlasın ki, Azərbaycan Prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, o cümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardan təmizləməyə qadirdir".
İcra başçısı bəyan edib ki, məmurların işini qiymətləndirmək üçün əsas meyar məsuliyyət, sədaqətdir və məmurlar bunu unutmamalıdırlar.
Merin sözlərinə görə, hər bir dövlət məmuru cəmiyyət qarşısında məsuliyyətini xatırlamalı və vətəndaşların maraqları naminə çalışmalı, təvazökarlıq, dürüstlük və peşəsinə sədaqət nümayiş etdirməlidir.
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk