Azərbaycan Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı mühüm məqamlara toxunub. Dövlət başçısı çıxışında Qarabağ və Şərqi Zəngəzurdan bəhs edərkən Azərbaycanın tarixi irsinə diqqət çəkib.
Prezident bildirib ki, XX əsrin əvvəllərinə aid Çar Rusiyası xəritələrində indiki Ermənistan ərazisində yerləşən toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir.
“Orada Sevan gölü deyil, Göyçə gölü yazılıb”, - dövlət başçısı qeyd edib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, Azərbaycan Prezidentinin bu açıqlaması Ermənistanda geniş rezonans doğurub.
Erməni KİV-ləri dövlət başçısının çıxışını işıqlandıraraq, rəsmi Bakının tarixə istinad etməsindən təşvişə düşüblər və bunu ərazi iddiası kimi təqdim etməyə çalışıblar.
Qeyd edək ki, ermənilər daim özlərinin uydurma tarixinə istinad ediblər. Onlar hər zaman Naxçıvanın, Qarabağın, hətta Gəncə və bir sıra rayonlarımızın guya “ermənilərin tarixi ərazisi” olduğunu deyiblər. Gerçəklik isə bundan ibarətdir ki, hazırkı Ermənistan Respublikası tarixi Azərbaycan ərazilərində qurulub. Lakin rəsmi Bakı beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığı üçün Ermənistan ərazisinə iddia irəli sürmür. Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, əgər Azərbaycanın belə planı olsaydı, 44 günlük müharibədəki zəfər yürüşü şərti sərhədin o tayında – Ermənistan ərazisində də davam edərdi.
- Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya
- Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay
- Həbs edilən icra başçıları şərik çıxdı
- AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?
- Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi
- İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya
- Ermənistan nümayəndələri Azərbaycana gedəcək - Qriqoryan
- Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu