Rusiyanın enerji nəhəngi “Lukoyl” Gürcüstan bazarından tamamilə çıxacağını açıqlayıb. Şirkət bu qərarı ABŞ sanksiyalarına cavab olaraq beynəlxalq aktivlərini satmaq planı ilə əsaslandırır. Digər tərəfdən, şirkətin ölkəmizdəki yanacaqdoldurma məntəqələrinin də satışa çıxarıldığı bildirilir. Bu isə “Lukoyl”un Azərbaycan bazarını da tərk edə biləcəyi ehtimalını gündəmə gətirib və vətəndaşlar arasında narahatlıq yaradıb.
“Lukoyl” Azərbaycan bazarından da tamamilə çıxa bilərmi?
BUTA.TV xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Globalinfo.az-a açıqlamasında “Lukoyl”un Azərbaycanın enerji bazarındakı payının çox kiçik olduğunu bildirib.
“Yanacaqdoldurma məntəqələri istisna olmaqla, şirkətin böyük layihələrdə iştirakı məhduddur. Ötən illərdə “Lukoyl” öz payının bir hissəsini də satıb. Hazırda şirkətə qarşı yaxın vaxtlarda ağır sanksiyaların tətbiqi məsələsi gündəmdədir. “Lukoyl”un Azərbaycandakı aktivlərinin satışa çıxarılması onu göstərir ki, bu aktivləri hansısa alıcı əldə edəcək. Bu, SOCAR və ya digər iri enerji şirkətlərindən biri ola bilər”, - o deyib.
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı əlavə edib ki, ölkəmizdə fiziki şəxslərin bu aktivləri alması real deyil:
“Çünki belə yüksək maliyyə imkanlarına malik rəsmi şəxslər mövcud deyil. Buna görə də aktivləri SOCAR və ya onun törəmə şirkətlərinin alması mümkündür. Ümumiyyətlə, “Lukoyl”un Azərbaycan bazarından çıxması ölkənin enerji sektoruna ciddi təsir göstərməyəcək. Şirkət burada aparıcı mövqedə deyil”.
Qeyd edək ki, “Lukoyl” neft şirkətinin təsisçisi iş adamı Vahid Ələkbərovdur.
- Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı
- Azərbaycanlılar milyonlarını harda xərcləyir?
- Son 47 ildə ilk: Xamenei görüşə getmədi
- Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər
- Həmzəyevin AAYDA-da "ailə podratı"...
- Tıxaca səbəb olan yol təmiri nə zaman bitəcək?
- Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Epşteyn adasındakı sirr DEŞİFRƏ OLDU: Dəhşətli qətl yazışmaları