Ermənistan hökuməti Azərbaycandan təbii qaz almağı planlaşdırır.
BUTA.TV Teleqraf-a istiandən xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
Ekspertin fikrincə, bu, Ermənistanın Rusiya qazından imtinası fonunda baş verəcək:
“Avronestin İrəvanda keçirilən son plenar iclasında Avropa Parlamentinin bir üzvü Ermənistanı Rusiya qazı və işığından imtina etməyə çağırmışdı”.
Matevosyan hesab edir ki, avropalı parlamentari əslində Ermənistanın hakim partiyası “Vətəndaş Müqaviləsi”nin mövqeyin ifadə edib.
Politoloq partiyanın deputatı Qaqik Melkonyandan sitat da gətirib:
“Azərbaycan qazı zəhərlidirmi ki, onu almayaq? Bir gün Rusiya qazından imtina etmək lazımdır ki, müstəqil yaşaya bilək”.
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi
- Yalan deyirlər, biz ailə deyilik...
- Qarabağ kanalında bir nəfər batdı
- Bakıda külək əsir, rayonlara yağış yağır – Faktiki hava