Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebin rəhbərlik etdiyi Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib.
BUTA.TV xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi-ticari istiqamətdə daha da genişləndiyi vurğulandı, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edildi.
Azərbaycanda həm yerli, həm də xarici iş adamları üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığı vurğulanaraq, bu xüsusda BƏƏ şirkətlərinin də ölkəmizdə bir çox sahəyə sərmayə yatırmasından məmnunluq ifadə olundu.
Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvarlıq bildirildi.
Söhbət zamanı investisiyalar, sənaye, o cümlədən dağ-mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
- Coşua Hak Azərbaycana gəldi
- Bizim İsrailə xüsusi rəğbətimiz var - General
- Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab
- Tramp ən yaxın adamını Bakıya göndərdi - 3 hədəf…
- Belousovun Zəngəzur xəbərdarlığı: Kreml nəyə hazırlaşır?
- Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan
- Ərdoğanla Şahbaz Şərifin bu tədbirdə iştirakı... - Deputat
- Ərdoğandan Zəngəzur açıqlaması: İstərdik ki, İran…