Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, Təbriz küçəsinin “böyük meydan” adlanan ərazisində söküntü işlərinə başlanılıb.
AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən, burada daha insanyönümlü mühit, eynisəviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq. “Nərimanov” metro stansiyasının ətrafındakı piyada və nəqliyyat axını nəzərə alınaraq, avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.
BUTA.TV xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən “Yeni Sabah”a bildirilib ki, söküntü işləri səbəbindən “Nərimanov” stansiyasının ərazidə yerləşən çıxışı bağlanamayacaq:
“Bakı metropoliteninin “Nərimanov” stansiyasının yerləşdiyi ərazidə aidiyyəti qurumlar tərəfindən görülən işlər icra olunduğu müddətdə sərnişinlərin gediş-gəlişi üçün keçidlərin bağlanması, həmçinin sözügedən təmir işləri ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin hər hansı əlavə təmir və bərpa işlərinin təşkil etməsi nəzərdə tutulmur”.
- Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı
- Bakıda qeyri-adi hadisə : "Prius" pilləkəndə qaldı - Video
- Leyla Əliyeva pianoda xalq mahnısını ifa etdi - Video
- “Nərimanov” metrostansiyasının çıxışı bağlanır?
- Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi
- İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - Video
- Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb
- Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama