Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü

19:25 - 30 İyun 2026 - GÜNDƏM

 Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü

Pakistanın Lahor vilayətində yerləşən təhsil mərkəzlərindən birinin damı uçub.

BUTA.TV” xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 14 uşaq həyatını itirib.

Rəsmi qurumlar qəza zamanı 19 uşağın yaralandığını, onlardan 5-nin vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu və təcili tibbi yardım briqadası cəlb olunub.

Bu xəbər hal-hazırda çox oxunur
“Müəllimə yazıq kimi baxılmamalıdır...”

Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Hadisə ilə bağlı iki nəfər həbs edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol