Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama

22:32 - 30 İyun 2026 - GÜNDƏM

 Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama

“Biz tarixi ilə böyük, vicdanı ilə böyük bir millətin mənsublarıyıq. Əsrlər boyu yıxılanın əlindən tutduq, darda qalanın imdadına yetişdik. Ölkəmizə sığınanlara qapılarımızı açdıq”.

BUTA.TV” “TRT Haber”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Nazirlər Kabinetinin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını ilk dəfə şərh edərkən deyib.

“Əllərində çoxu uşaq və qadın olmaqla 73 min günahsız qəzzalının qanı olan cinayət şəbəkəsinin ölkəmizlə bağlı iftiralarını zərrə qədər də olsun diqqətə almırıq. Bizim tariximizdə nə soyqırımı, nə qətliam, nə zülm, nə də müstəmləkəçilik var. Bizim minillik şanlı tariximizdə yalnız ədalət və mərhəmət var. Dinindən, mənşəyindən, kimliyindən asılı olmayaraq bütün məzlumlara əl uzatmaq var. İnkvizisiyadan və nasist zülmündən qaçanlara sahib çıxmaq fəziləti var. “Taxtımı verərəm, tacımı verərəm, amma dövlətimə sığınanları təslim etmərəm” deyən qəhrəman əcdadımızın vüqarlı duruşu var. Bunu da öz tarixlərinə baxsalar, Qəzzadakı vəhşiliklərini ört-basdır etmək üçün Türkiyəyə və türk millətinə iftira atanlar hamıdan yaxşı bilirlər”, - Türkiyə lideri bildirib.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol