Son vaxtlar sosial şəbəkələrdə saxta iş təkliflərinin sayı artır. Bildirilir ki, bu cür fırıldaqçılıq halları şəxsi məlumatların ələ keçirilməsi və maddi itkilərə səbəb ola bilər. Xüsusilə Feysbuk və Teleqram kimi platformalarda anonim səhifələr vasitəsilə vətəndaşlara yüksək maaşla iş təklif olunur.
Bu, hansı risklərə yol aça bilər? İnsanlar saxta halları necə ayırd edə bilərlər?
BUTA.TV xəbər verir ki, informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Globalinfo.az-a açıqlamasında belə elanlarla vətəndaşların əsasən, Teleqram kimi daha qapalı platformalara yönləndirildiyini bildirib.
“Bu da onların izlənməsini və məsuliyyət daşıyan tərəfin tapılmasını çətinləşdirir. Saxta elanlar bir neçə risk yaradır. Belə ki, vətəndaşlardan ilkin “işə qəbul haqqı” adı ilə pul alınır və daha sonra dələduzlar yoxa çıxır. Şəxsiyyət vəsiqəsi, bank kartı və əlaqə məlumatları ələ keçirilərək digər məqsədlərlə istifadə oluna bilər. Yaxud vətəndaşın adından dələduzluq fəaliyyətlərinin reallaşması mümkündür. Söhbət məlumatların saxta profillərdə və ya cinayət məqsədilə istifadə edilməsindən gedir”, - o deyib.
Ekspert müdafiə üsullarından da söz açıb:
“İnsanlar iş elanı verən səhifənin rəsmi şirkətə məxsus olub-olmadığını araşdırmalıdırlar. “Evdən işləyərək 2000 AZN qazan” kimi cazibədar və qeyri-real təkliflər çox zaman aldadıcı olur. Vətəndaşlar mütləq şirkət adından danışan şəxslərdən rəsmi e-mail ünvanı və telefon nömrəsi tələb etməlidirlər. Həmçinin Telegram və ya Vatsap kimi kanallarla aparılan yazışmalar zamanı heç bir şəxsi məlumat verilməməlidr. Şühbəli hallar isə dərhal hüquq-mühafizə orqanları və ya kibertəhlükəsizlik qurumlarına bildirilməlidir”.
- DTX Mətbuat xidmətinin məlumatı
- Azərbaycanda 53 yaşlı həkim göldə batdı
- “Kristal”ın “Yeni Sumqayıt” və “Sahil Park” layihələrində sərfəli satış şərtləri
- ADU-da "Məzun günü" keçirildi - Foto
- Leyla Əliyeva 13 yaşlı Emilin xatirəsinə həsr olunan anım tədbirində - Fotolar
- Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - Video
- AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
- "Birbank"ın inklüziv bankçılıq imkanları: İşarət dili ilə xidmət...