Ötən gün elm və təhsil naziri Emin Əmrullayev və ADA Universitetinin rektoru Hafiz Paşayev tələbələrlə görüşüb.
“BUTA.TV” xəbər verir ki, görüş əsnasında rektor və nazir arasında maraqlı dialoq yaşanıb.
Hafiz Paşayev bildirib ki, televiziyadan nazirin çıxışlarını izləyir: “Burada sizinlə birlikdə oturub sualları cavablandırmaq mənim üçün də maraqlıdır. Çünki mən televizorda suallara verdiyiniz cavabları izləyirəm, hərdən heç mən başa düşmürəm nə deyirsiniz. İndi çalışacağam başa düşüm. Çünki doğrudan da auditoriya çox xətalı şeydir. Bir şeyi istədiyin kimi deyirsən, sən istəyirsən başqa cür başa düşsünlər, amma onlar öz bildiyi kimi başa düşür”.
Nazir onun bu sözlərinə gülümsəyərək reaksiya verib, zalda isə tələbələrin gülüş sədaları eşidilib.
Ətraflı videomaterialda:
- Elnur Hidayətoğlu TƏBİB-dən getdi
- DTX Mətbuat xidmətinin məlumatı
- Azərbaycanda 53 yaşlı həkim göldə batdı
- “Kristal”ın “Yeni Sumqayıt” və “Sahil Park” layihələrində sərfəli satış şərtləri
- ADU-da "Məzun günü" keçirildi - Foto
- Leyla Əliyeva 13 yaşlı Emilin xatirəsinə həsr olunan anım tədbirində - Fotolar
- Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - Video
- AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır