Mart ayında Misir Hərbi Hava Qüvvələrinə məxsus Antonov An-74t-200A nəqliyyat təyyarəsi Ermənistanın hava məkanından keçərək Azərbaycanda hava limanına enib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Sputnik Ermənistan” çıxış edib.
Nəşr yazır ki, adətən Azərbaycana hərbi reyslər Gürcüstan və Türkiyə üzərindən həyata keçirilir. Qeyri-mülkü təyyarələrin Ermənistan üzərindən uçuşu üçün prosedura uyğun olaraq icazə tələb olunur. “Sputnik Ermənistan” məsələyə aydınlıq gətirmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.
Ermənistan XİN bunun tranzit uçuş olduğunu təsdiqləyib:
“31 yanvar 2025-ci il tarixində rəsmi Qahirə martın 3-dən 6-dək Misir-Qırğızıstan-Misir istiqamətindən uçuş zamanı Ermənistanın hava məkanından tranzit keçid üçün Xarici İşlər Nazirliyinə rəsmi ərizə ilə müraciət edib. Misir tərəfinin məlumatına görə, uçuş Qırğızıstanda hərbi təlimlərdə iştirak etmək üçün həyata keçirilib. Həmin təyyarə Azərbaycana endikdən sonra qeyd edildiyi kimi Qırğızıstan istiqamətində uçuşu davam etdirib. Martın 6-da geri qayıdarkən təkrar uçuş xəttinə uyğun olaraq Qırğızıstandan Azərbaycana gəlib, burada isə Misirə verilən icazə əsasında Ermənistan üzərindən Qahirəyə qayıdıb. Təyyarənin sadəcə yanacaqdoldurma məqsədilə Azərbaycana enə biləcəyi güman olunur. Yəni uçuş sadəcə Misir və Qırğızıstan arasında həyata keçirilib”.
Erməni KİV yazır ki, təyyarənin məhz Ermənistan üzərindən keçərək Azərbaycana yönəlməsi ictimaiyyətdə maraq doğurub. Yəni uçuş sadəcə tranzit məqsədi daşıyır, İrəvan və Bakı ilə heç bir əlaqəsi yoxdur.
- Zelenski darmadağından yazdı: Tarixə düşən əməliyyat…
- Ukrayna darmadağın etdi: Bu, Kreml sahibinə imic zərbəsidir
- “Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan
- Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı
- Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu
- Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…
- İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video
- PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı