Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

15:02 - 3 İyun 2025 - GÜNDƏM

 Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın dərinliklərində yerləşən aerodromlara qarşı 1 iyunda həyata keçirdiyi əməliyyat adına qədər dəqiqliklə düşünülüb. “Putin” sözü ilə asosiasiya olunan “Pautina” (“Hörümççək toru”) təsadüfən seçilmədiyi kimi, tarix və məkan da təsadüf deyil.

PUA yüklü 5 TIR: sərhəddən keçirilir, Rusiyanın strateji raket daşıyıcılarının parklandığı aerodromların yaxınlığına qədər irəliləyir və uzaqdan idarəetmə ilə TIR-ların üstü və kanteynerlər açılaraq, total hücum başlayır.

Yalnız bir TIR-da uzaqdan idarəetmə alınmayıb, kanteynerlər açılmayıb, partlayış daxildə olub – digər 4 TIR-da hər şey plan üzrə gedib.

Əməliyyat 1 il 6 ay 9 gün vaxt aparıb; baxmayaraq ki, Rusiya sürücülərin həbs olunduğunu bildirir, Ukrayna əməliyyatda iştirak edənlərin çoxdan geri döndüyünü elan edib.

Bu xəbər hal-hazırda çox oxunur
Araz Musayev onu vurduran şəxsin adını çəkdi

Amma hər iki ölkə - həm Ukrayna, həm də Rusiya üçün əsas suallar başqadır:

Ukrayna üçün

- Bu mürəkkəb və çoxları üçün əlçatmaz görünən əməliyyat niyə strateji raket daşıyıcılarına qarşı həyata keçirilir?

- Rusiya uzaqmənzilli bombardmançı təyyarələrini daha ciddi şəkildə qoruyur: onlar həm də cəbhə xəttindən kifayət qədər uzaqda yerləşdirilib. Üstəlik, bu təyyarələr Rusiyanın Ukraynada apardığı müharibədə heç də aktiv iştirak etmirlər. Buna görə də bu qədər unikal əməliyyat niyə Rusiyanın müharibə gücünə əhəmiyyətli təsir edə biləcək strukturuna yox, dolayısı ilə nüvə gücünə qarşı həyata keçirilir?

Rusiya üçün

- Rusiya dərhal bu hadisəni terror aktı kimi qiymətləndirməyə çalışdı. Niyə? Mülki ölüm yoxdur, mülki infrastruktura zərbə endirilməyib, hətta hərbi personal da hədəf alınmayıb. Hədəf alınan hərbi obyekt və hərbi təyyarələrdir. Burda terror aktından söhbət gedə bilməz;

- Rusiya qisas və cavab zərbəsi haqda açıqlamalarla gündəmdədir. Ancaq onlarla PUA-nın yükləndiyi TIR-ların Rusiya ərazisinə neçə keçirildiyi və hamısının da hərbi aerodromların yaxınlığına qədər gedib çıxması haqda araşdırma aparıldığı barədə heç bir məlumat yoxdur;

- Necə ola bilər ki, Rusiya ərazisinə keçirilən 5 TIR-dan heç biri ələ ifşa edilməyib?

- Bu TIR-ların ölkəyə daxil olmasında Rusiyanın müttəfiqləri – xüsusilə Aİİ – nə qədər rol oynayıb?

- Bu TIR-ların sərhəd-keçid məntəqələrində yoxlamadan kənar buraxılması üçün rüşvət rol oynayıbmı? Yoxsa burda Rusiyanın daha yüksək vəzifəli şəxslərinin əli var?

- FSB-nin və 17 ildir bu quruma rəhbərlik edən Bortnikovun bütün imicini darmadağın edən bu əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti təkbaşınamı yerinə yetirib?

- Və ən maraqlısı: sərhəddən Rusiya ərazisinə ötürülən TIR-ların sayı 5-dir? Rusiya ərazisində hazırda başqa PUA dolu TIR yoxdur ki?

Maraqlıdır ki, Rusiyanın hərbi-siyasi ekspertləri olayı şərh etməkdən imtina edirlər.

Görünür, Kreml özü hadisənin şokundan ayılmayıb və hansı istiqamətdə təbliğat aparacağını hələ dəqiqləşdirməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol