Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?

07:02 - 4 İyun 2025 - GÜNDƏM

 Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?

Hakan Fidan Rusiya və Ukraynanın İstanbul danışıqlarının növbəti raundunun keçirilməsi üzrə razılığa gəldiyini açıqlayıb. Bunun fonunda tərəflərin qarşılıqlı hücumları müşahidə edilir: “Hörümçək toru” əməliyyatından sonra Rusiya Odessa, Çerniqov, Xarkov və Suma hücum etdi, daha sonra Ukrayna Krım körpüsünü bombaladı;

Baş verənlər tərəflərin “müzakirə və müharibə” taktikasından istifadə etdiyini göstərir və əsas hədəf masadakı vəziyyəti öz xeyirlərinə dəyişməkdir. Hansı tərəfin buna nail olacağı isə müəmmalı olaraq qalır.

- Rusiyanın İstanbulda təqdim etdiyi memorandum Ukraynanın “təslim aktı” idi və Kiyevin bunu qəbul etməsi mümkün deyil, hətta Zelenski hakimiyyətdən getsə belə.

- Ukrayna son hücumları ilə təslim olmayacağını və müqavimət qabiliyyətinin qaldığını nümayiş etdirdi.

Bu xəbər hal-hazırda çox oxunur
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi

Bu situasiyada həlledici rolu ABŞ-ın mövqeyi oynayacaq. Ki, daha öncə Zelenskini təslim olmağa çağıran Tramp Administrasiyasının son dövrlər ritorikasında dəyişiklik müşahidə edilir, xüsusilə Kiyevlə “resurs anlaşması”ndan sonra. Mümkündür ki, Rusiya maksimalist tələblərini müəyyən qədər loyallaşdırsın, əslində Moskvanın barı yüksək tutması ən azı istəklərinin bir qisminin – zəbt etdiyi ərazilər üzərində nəzarətinin qəbul edilməsi, NATO-nun genişlənməməsi və s. qəbul edilməsinə hesablanmış diplomatik manevr – güzəştlər əldə etmək üçün “güzəşt” taktikası kimi də görünür. Hərçənd, bunun tezliklə baş verəcəyi sual altındadır, Moskva vəziyyətə hələki nəzarət etdiyini düşünür. Bu konteksdə diplomatik danışıqlara paralel şəkildə qarşılıqlı hücumların davam edəcəyi görünür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol