Rusiya Baş naziri Mixail Mişustin MDB-dəki tərəfdaşların Avrasiya İqtisadi İttifaqında qəbul edilmiş vahid gömrük tranzit sistemi mexanizminə qoşulmasını təklif edib.
BUTA.TV xəbər verir ki, Mişustin bunu Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında çıxışında deyib.
“Qurumun xarici iqtisadi əlaqələrini gücləndirmək üçün vahid gömrük tranziti sistemi haqqında saziş qəbul edilib və bütün ölkələr üçün açıqdır. Bu, Avrasiya İqtisadi İttifaqının ərazisindən daşımalara qoşulmağa, biznes xərclərini azaltmağa və transsərhəd daşımaların təhlükəsizlik səviyyəsini yüksəltməyə imkan verir ki, bu da hamı üçün çox vacibdir. Biz MDB tərəfdaşlarını bu mexanizmə qoşulmağa dəvət edirik”, - Mişustin bildirib.
Qeyd edək ki, Düşənbədə davam edən toplantıda ölkəmizi Baş nazir Əli Əsədov təmsil edir.
- AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
- "İdrak" liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı
- Nurlana Əliyeva vəfat etdi
- Ceyhun Salmanov və əməkdaşları azadlığa buraxıldı
- Temperatur 35 dərəcəyə yüksələcək
- Prokuror Ceyhun Salmanova 4 il iş istədi
- Dəmiryol Muzeyinə giriş sərbəst olacaq
- Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər