İran son zamanlar bölgə ölkələri və qonşuları ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Əvvəlki dövrlərdə İran daha çox eskalasiyaya meyilli idi – İraq və Pakistan ərazilərini bombardman edirdi. İndi isə həmin ölkələrlə yaxınlaşma yolunu seçib. Bu göstərir ki, İran mövcud təhlükələrə – xüsusilə ABŞ, İsrail və Böyük Britaniya tərəfindən ola biləcək hərbi müdaxilələrə qarşı özünü sığortalamağa çalışır. Başqa sözlə, İran ehtimal edir ki, Qərb bloku hücum edə bilər və həmin hücumun uğursuz olması üçün qonşu ölkələrin ərazilərindən istifadə edilməməsi, bölgə ölkələrinin bu prosesə qoşulmaması vacibdir.
Bu fikirləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev İran Prezidenti Məsud Pezeşkianın son iki gündə türk dövlətlərinin liderləri (Azərbaycan, Türkiyə və Qazaxıstan) ilə telefon əlaqəsi və Qurban bayramı ilə bağlı bayramlaşmasını şərh edərkən deyib.
Politoloq bildirir ki, bu addım Pezeşkianın mövqeyini gücləndirə bilər:
“İkinci məqam odur ki, Pezeşkian türkdür, İran daxilində isə müəyyən siyasi mübarizə gedir: fars şovinistləri ilə Cənubi Azərbaycan mərkəzli və ümumi irançılıq ideologiyasını daşıyan qüvvələr arasında. Pezeşkian türkdilli ölkələrlə münasibətləri inkişaf etdirərək ölkə daxilində mövqeyini gücləndirir. O, cəmiyyətə mesaj verir ki, türk dövlətləri ilə güclü əlaqələri var və bu yolla öz tərəfdarlarını birləşdirmək istəyir”.
- MEDİA müsabiqənin nəticələrini açıqladı
- AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
- "İdrak" liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı
- Nurlana Əliyeva vəfat etdi
- Ceyhun Salmanov və əməkdaşları azadlığa buraxıldı
- Temperatur 35 dərəcəyə yüksələcək
- Prokuror Ceyhun Salmanova 4 il iş istədi
- Dəmiryol Muzeyinə giriş sərbəst olacaq