“RİA Novosti”nin “Rusiya Azərbaycanın Krımı və yeni regionları (Ukraynanın işğal edilmiş digər ərazilərini) tanımasına ümid edir” xəbəri ilə Moskva nəhayət Bakıdan nə istədiyini elan etdi. Mümkündür ki, bu istək kulis diplomatiyasında daha öncədən dilə gətirilib və AZAL təyyarəsinin vurulmasından sonra Bakı-Moskva xəttində yaranmış narazılığın davam etməsindəki motivlərindən biri də bu ola bilər. Bakıdan müsbət cavab ala bilməyən Kreml isə həm Medinskinin “Qarabağı mübahisəli” ərazi adlandırması, həm də Krım istəyini ictimaiyyətləşdirməklə mesaj verir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Rusiya başqa ölkədən yox, niyə məhz Azərbaycandan bunu açıq şəkildə istəyir?
İstisna deyil ki, Moskva Bakının tələblərini – mövcud situasiyada bunun AZAL-ın vurulan təyyarəsi ilə bağlı olmasından başqa versiya görünmür – yerinə yetirmək üçün şərt kimi Krım istəyini irəli sürür, Bakıda qəbul edilməyəcəyini bildikləri halda. Və bununla tələblərdən yayınmaq gedişi edir.
Azərbaycanın Rusiyanın bu istəyini qəbul etməyəcəyi bəllidir. Bu, yalnız o halda müzakirə edilə bilər ki, Ukrayna Krımı və digər işğal edilmiş əraziləri Rusiya ərazisi kimi tanısın və beynəlxalq hüquqda qəbul olunsun. Perspektivdə bu ssenarinin mümkünlüyü görünmür. Bu halda Moskvanın Bakıya qarşı təxribat xarakterli müxtəlif açıqlamaları/addımları gözləniləndir”, - ekspert vurğulayıb.
- Dəmiryol Muzeyinə giriş sərbəst olacaq
- Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər
- Müasir rəqəmsal inkişaf quruculuğuna böyük töhfə
- Azərbaycanda hansı avtomobiilər ucuzlaşıb?
- Azərbaycana qar yağdı
- Xarkovda ölən Fatimə diplomunu götürməyə gedibmiş...
- Nazir polkovnik-leytenantı ehtiyata buraxdı - Foto
- Prezident həmkarı ilə general-qubernatoru təbrik etdi - Yenilənib