Paşinyan arvadını iki illik Çinə göndərir – Dehli nə deyəcək?

14:32 - 11 İyun 2025 - GÜNDƏM

 Paşinyan arvadını iki illik Çinə göndərir – Dehli nə deyəcək?

Hindistanın siyasi dairələrinin Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı Çin fəlsəfəsi üzrə iki illik magistr proqramı üzrə təhsil almaq üçün Pekinə göndərəcəyi xəbərinə reaksiyası maraqlı olardı. Anna Akopyanın Çin fəlsəfəsini, etikasını və siyasi nəzəriyyəsini hərtərəfli öyrənmək istəməsi Dehlinin diqqətini çəkməmiş olmaz.

BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

“Nikol Paşinyanın Çinlə tərəfdaşlığı gücləndirməyə çalışmasında qəribə heç nə yoxdur. Çinin iqtisadi gücü və kreditləri dünyanın bir çox dövlətini bu ölkə ilə sıx əməkdaşlığa cəlb edib. Ancaq Nikol Paşinyan hakimiyyətdə olduğu dövrdə Çinin bölgədəki əsas rəqibi Hindistanla da siyasi və hərbi əməkdaşlığı genişləndirib. Hindistan Ermənistana raket kompleksləri satıb, növbədə hərbi təyyarələrin satışıdır. Anna Akopyan isə Çini seçib. Bunu Pekinin uğuru saymaq olar. Hindistanla hərbi əməkdaşlıq edən bir başqa ölkənin tanınmış simasının Çində təhsilini davam etdirməsinə dair başqa fakt tapmaq çətin olar. Çin müxtəlif ölkələrə yalnız məhsullarını satmır, əməkdaşlıq etdiyi ölkələrin, o cümlədən tərəfdaşlarının sirlərini də öyrənməyə, təsir agentləri formalaşdırmağa çalışır. Çin kəşfiyyatının strateji tərəfdaş adlandırdığı Rusiyada kəşfiyyat işini genişləndirməsinə dair Qərb mətbuatında yayımlanan hesabat buna misaldır. Anna Akopyan təhsilini bitirib geni döndükdən sonra həyat yoldaşı hələ hakimiyyətdə olarsa, o, Çinin əsas lobbiçilərindən biri olacaq”, - o qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol