İran Ermənistanda nələr edir? – Geqamyan ifşa etdi

15:12 - 11 İyun 2025 - GÜNDƏM

 İran Ermənistanda nələr edir? – Geqamyan ifşa etdi

İrandan sonra Fransanın da Zəngəzurda konsulluq açması, Rusiyanın isə buna nail olmaq üçün israr etməsinin siyasi səbəbləri olsa da, konsulluqların praktiki müstəvidə hansı fəaliyyəti göstərdiyi əvvəldən şübhəli olub. Çünki bölgədə İran və Fransa vətəndaşları yaşamır, yaxud sayları konsulluq xidməti açmağı zəruri edəcək qədər deyil.

Ermənistan mediasında yayılan bir məlumat (bilərəkdən, yaxud bilməyərəkdən) İranın Zəngəzurda – Qafandakı baş konsulluğunun gerçək fəaliyyətinə dair əvvəldən təxmin edilən şübhələri yenidən aktuallaşdırır.

Erməni türkoloq Varujan Geqamyan Ermənistanda baş verən proseslərlə bağlı geniş müsahibəsində Fransanın Zəngəzurda konsulluq açmasından da danışır, bu addımın bölgənin təhlükəsiziyində heç bir rol oynamadığından bəhs edir və əlavə edir: “İran konsulluğu tərəfindən isə real işlər görülür, hətta hərbi təlimlər təşkil edilir”.

Ermənistanın təhlükəsizliyinin Tehranla əməkdaşlıq çərçivəsində təmin edilməsinin tərəfdarlarından olan Geqamyanın məqsədi konsulluğunun gerçək fəaliyyətini ifşa etmək yox, İranın əhəmiyyətini təbliğ etməkdir. Bu baxımdan, onun açıqladığı məlumatın iddia yox, fakt olması ehtimalı daha yüksəkdir.

Tehranın Ermənistanda Rusiyanın təhlükəsizlik rolunu üzərinə götürmək və Zəngəzurda hərbi baza qurmaq niyyəti 44 günlük müharibədən sonra aktuallaşıb. Lakin rəsmi İrəvanın Tehranla hərbi əməkdaşlığı həm Rusiya, həm də Qərb amilinə görə açıq müstəvidə həyata keçirməsinin çətinlikləri var. Mümkündür ki, İranın Zəngəzurda hərbi fəaliyyətlərinin koordinasiya mərkəzi olaraq fəaliyyət göstərən konsulluq bu əməkdaşlıqda çətir rolunu oynayır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol