Zaxarova erməni jurnalisti biabır etdi: Bu, artıq küfrdür!

16:30 - 11 İyun 2025 - GÜNDƏM

 Zaxarova erməni jurnalisti biabır etdi: Bu, artıq küfrdür!

Bu məsələdə biz azərbaycanlı həmkarlarımızla işləyirik, sizi buna əmin edə bilərəm.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistandan olan jurnalistin guya Azərbaycanın Qarabağda tarixi abidələri, eləcə də Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş abidələri dağıtması ilə bağlı sualını cavablandırarkən deyib.

“Eyni zamanda mən bir sual vermək istərdim: başqa ölkələrdə sökülən abidələr sizi maraqlandırmır? Bu barədə sizdən heç vaxt material görməmişəm, eşitməmişəm. Heç vaxt bizim, o cümlədən erməni əsilli sovet əsgərlərinin xatirəsinin müdafiəsinə kütləvi şəkildə dəstəyinizi görməmişəm. Biz həmişə onların xatirəsini qorumaq üçün hər şeyi edirik, onları təhqirdən qorumağa çalışırıq. Bəs niyə bu məsələlər sizdə heç vaxt sual vermək istəyi doğurmur? Bu mövzuda hansı birgə səylər mövcuddur? Görün, nələr baş verib. Bəs Ukraynada? Orada qızıl orduda erməni əsilli əsgərlər yox idi? O zaman cəsədlər ekshumasiya edilirdi, abidələr dağıdılırdı. Amma sizdən nə sual gördüm, nə də bu mövzuya maraq. Niyə belədir? Xahiş edirəm, belə etməyin. Biz çox gözəl başa düşürük ki, siz bu mövzunu niyə və hansı kontekstdə qaldırırsınız. Sizdən rica edirəm, bunu etməyin. Bu sualları mütəmadi şəkildə vermək artıq bir növ küfrə çevrilir. Əgər növbəti dəfə abidələr mövzusunda danışmaq istəsəniz, gəlin bir müsahibə edək, mən sizə hər şeyi danışım.

Qızıl ordu nümayəndələrinin – sizin həmyerlilərinizin xatirəsi Avropa Birliyi ölkələrində təhqir olunur. Haradadır sizin reaksiyanız? Haradadır bu abidələri müdafiə etmək istəyiniz? Onları yalnız bizim ölkə bütün mümkün yollarla qoruyur. Bu mövzu ümumiyyətlə sizin informasiya məkanınızda yoxdur.

Bu artıq həddi aşır, bu artıq təhqir səviyyəsindədir. Niyə, o cümlədən erməni döyüşçülərinə aid olan abidələrin sökülməsi sizin ölkənizdə ictimai maraq doğurmur?”, – Zaxarova əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol