İndoneziyanın paytaxtı Cakarta şəhərində ötən ildən təxirə salınmış “Indo Defence 2024” sərgisi öz işinə başlayıb.
Bu barədə BUTA.TV-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Bildirilib ki, iki ildən bir təşkil edilən və Asiya-Sakit okean regionunda müdafiə sənayesi üzrə ən böyük tədbirlərdən biri olan “Indo Defence 2024” ilə paralel olaraq, “Indo Aerospace”, “Indo Marine” və “Indo Security” sərgiləri də keçirilir.
Tədbirin açılış mərasimində iştirak edən müdafiə sənayesi naziri V.Mustafayev daha sonra müxtəlif şirkətlərin stendlərini ziyarət edib.
Sərgi çərçivəsində nazir Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, milli müdafiə nazirinin müavini Şuay Alpay, həmçinin Türkiyənin “HAVELSAN”, “Turkish Aerospace”, “Roketsan”, Çinin CPMIEC, “NORINCO” və Birləşmiş Ərəb Əmirliklərinin “EDGE Group” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə Azərbaycanın müdafiə sənayesi qurumları ilə əməkdaşlığın genişləndirilməsi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Jakarta International Expo” sərgi sahəsində təşkil olunan beynəlxalq tədbirdə quru qoşunları, dəniz və hava qüvvələri, kiber müdafiə, pilotsuz sistemlər və təhlükəsizlik texnologiyaları sahəsində geniş çeşidli texnoloji yeniliklər nümayiş etdirilir.
Sərgi iyunun 14-də başa çatacaq.
- Paşinyan Türkiyəyə gedir
- Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir
- Rəsmi Bakıdan Hindistana başsağlığı verdi
- Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan
- Bu ərazilər Azərbaycana qaytarılır: ermənilər xəritə yaydı - Foto
- Paşinyan: Məni “Azərbaycan izi” ilə şantaj edirlər
- Berse: Azərbaycana dostcasına təzyiq göstərəcəyik
- 15 İyun Milli Qurtuluş Günü müasir tariximizin şanlı səhifəsidir