Bəziləri Ermənistan Müqəddəs Apostol Kilsəsini riyakarlıqdan və fariseyçilikdən azad etmək prosesində guya türk və ya Azərbaycan izi axtarmağa çalışır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, bəziləri kilsədə baş verən eybəcərlikləri ört-basdır etmək istəyir:
“Məhz bu, fariseyçiliyin ən açıq təzahürüdür – azərbaycanlı və ya türk arqumentlərindən istifadə edərək öz çirkablarını Ermənistan cəmiyyətindən gizlətmək cəhdidir. Bu metodu istifadə edənlər eyni zamanda xarici qüvvələrə sağlam ictimai müzakirələri pozmaq, hər cür islahatları boğmaq və Ermənistan Müqəddəs Apostol Kilsəsini bu gün olduğu kimi çıxılmaz vəziyyətdə saxlamaq imkanı yaradırlar. Ermənistanın və onun Apostol Kilsəsinin inkişafını istəməyən qüvvələr üçün kilsənin müqəddəsliklərini murdarlamış Ktriç Nersisyan (II Qaragen – red.) və onun kimiləri – keşiş libasında gizlənmiş şəxslər – əsl hədiyyədir.
Bəziləri Ktriç Nersisyanı müdafiə mövqeyindən çıxış edir. Nəyi müdafiə edirsiniz? Kimi müdafiə edirsiniz? Yalanı, saxtakarlığı, murdarlığı? Bu yolla siz özünüzü müdafiə edirsiniz və heç bir şansınız yoxdur.
Ermənistan Müqəddəs Apostol Kilsəsi İsa Məsihə və erməni xalqına qaytarılacaq. Ktriç Nersisyan isə katolikos iqamətgahını tərk etməlidir.
P.S. Bir çoxu düşünür ki, mənim yeni bir katolikos namizədim var. Təəssüf ki, namizədim yoxdur. Amma katolikosun necə biri olmalı olduğuna dair təsəvvürüm var: Allaha inanan bir insan, İsa Məsihin davamçısı olan biri, fırıldaqçı və sələmçi deyil, kilsəyə xidmət edən, imanlı və mömin bir ruhani - keşiş libasında gizlənmiş günahkar yox.
Və biz mütləq dindar və Allahdan qorxan bir katolikos sahibi olacağıq”.
Qeyd edək ki, Ermənistanda kilsə və hökumət qarşıdırması genişlənib.
- İsrailin hücumu zamanı vətəndaşlarımız zərər çəkib?
- İsraildə yaşayan Azərbaycan vətəndaşlarına çağırış
- Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığı ilə qürur duyuruq
- İranda bu yerlər necə vuruldu? - İsrail dünyanı heyrətə saldı
- Prezident onlara məktub ünvanladı
- Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? – Ekspert
- İsrail hücumu: bir neçə təyyarə Bakıya eniş etdi
- İsraili hücumu zamanı Bagiri öldürülüb?