İsrail İranı, görün, necə yuxuya verib - Gizli iclas

16:40 - 13 İyun 2025 - GÜNDƏM

 İsrail İranı, görün, necə yuxuya verib - Gizli iclas

İsrail İranın sayıqlığını susdurmaq və bu ölkə ərazilərinə zərbələrə yaşıl işıq yandırmaq üçün dünən guya Qəzzadakı girovların müzakirəsini aparmaq məqsədilə təhlükəsizlik kabinetinin iclasını çağırıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Yerusəlim Post” mənbələrə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, nazirlərə əvvəlcədən məlumat verilib ki, gündəmdə Qəzzada saxlanılan israillilərin azad edilməsi ilə bağlı dalana dirənmiş danışıqlar olacaq.

“Məqsəd isə İranı yuxuya vermək olub”, - mənbə bildirib.

İclasda kabinet hərbi əməliyyatı yekdilliklə təsdiqləyib, hər bir nazir “Şomer Sod” sənədi kimi tanınan ciddi gizlilik sazişini imzalayıb.

Baş nazir Benyamin Netanyahu, strateji məsələlər üzrə nazir Ron Dermer, MOSSAD direktoru Devid Barnea və Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri də daxil olmaqla yalnız bir neçə məmura planın tam mətnləri verilib.

Netanyahunun ofisindən yalançı siqnallar

Bu müddət ərzində İsrail baş nazirinin ofisi bir neçə yalançı siqnallar yayıb.

Netanyahunun köməkçiləri jurnalistlərə açıqlamışdılar ki, baş nazir Qalileyada ailəvi məzuniyyətə çıxacaq və gələn həftənin çərşənbə axşamı oğlu Avnerin toyuna gedəcək. Bu məlumat ona görə açıqlanmışdı ki, guya heç bir hərbi əməliyyat planlaşdırılmır.

Vaşinqton tələsi

İsrail baş naziri bir müddət öncə Dermer və Barneanın cümə günü Omanda keçiriləcək danışıqlarla bağlı ABŞ nümayəndəsi Stiv Uitkoffla görüşmək üçün Vaşinqtona uçacağını açıqlamışdı. Lakin hər iki şəxs elə İsraildə qalmışdı.

Sızma strategiyası

Netanyahunun ofisi ilk dəfə olaraq baş nazirlə ABŞ Prezidenti Donald Tramp arasında münasibətlərin pis olması barədə yanlış informasiyalar yaydı. Bu da İranla ABŞ arasında diplomatik parçalanmanın baş verməsi görüntüsünü yaratdı və İranın döyüş hazırlığı səviyyəsini aşağı saldı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol