SEPAH-a yaxın mediada Azərbaycana qarşı qondarma ittihamlar irəli sürülür. İddia: Azərbaycan İsrailə neft satır, sionist rejimin təyyarələri yanacaqla təmin olunur və Təbrizə zərbələr endirir.
Ermənistanın işğal siyasətinə açıq dəstək verən, erməni maraqlarına görə Azərbaycan sərhədlərinə qoşun yığan İranda bu cür yanaşmalar absurd görünür. Azərbaycanın İsrailə neft satması isə bazar qaydalarına uyğun aparılır. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev ətraflı izah etmişdi: “Neft bazarının qaydalarına görə, o neft gəmiyə dolduruldusa və gəmi açıq dənizə çıxdısa, o neft artıq Azərbaycanın deyil. Orada onlarla treyder var. A treyder B-yə satır, B treyder C-yə satır, bunun sonda kimə və hara satıldığına zatən sən özün də nəzarət edə bilməzsən. Yəni Ceyhan limanına Azərbaycan nefti gəldi, neft Ceyhanda gəmiyə doldu, o gəmi Aralıq dənizinə çıxdısa, o, sənin deyil artıq. Bu, dünya neft bazarının qaydalarıdır”.
SEPAH-a yaxın medianın İsrailin hücumu qarşısında Azərbaycanı ittiham etməsinin məqsədi Arazın o tayındakı soydaşlarımız qarşısında rəsmi Bakını ittiham altına salmaq, ictimai rəydə “günahkar” obrazını yaratmaqdır. Çünki müharibənin gedişatında rejimin ölkəyə nəzarəti itirmək riski var və bu ssenaridə cənubdakı soydaşlarımızın üz tutacağı və onların gələcəyini düşünə biləcək yeganə dövlət Azərbaycandır. Rejim bu cür iddialarla Bakı-Təbriz xəttinə nifaq toxumu səpməyə çalışır. Belə iddiaları geniş kampaniyaya çevirə biləcəkləri də istisna deyil.
- İlham Əliyev gərginlik keçirən generallara deyir ki...
- Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...
- Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev
- Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?
- Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan
- DTX-nin saxladığı başçının köməkçisi danışdı
- Türk ölkəsində seçki: Rusiya “rusdilli əhali”dən narahatdır
 
                