Bayramovla Lavrov danışdı:İsrail-İran qarşıdurması...

16:42 - 18 İyun 2025 - GÜNDƏM

 Bayramovla Lavrov danışdı:İsrail-İran qarşıdurması...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti, eləcə də Azərbaycanla Rusiya arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Rusiya xarici işlər naziri incəsənət xadimləri daxil olmaqla Rusiya vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə ölkə rəhbərliyinə və bütün aidiyyəti qurumlara təşəkkür edib.

Bu xəbər hal-hazırda çox oxunur
İran məğlub olsa, Azərbaycan... - Mixaylov

Tərəflər İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol