Tramp Bibini (Netanyahu) cəzalandırır. Netanyahu Qəzzada söz verdiyi atəşkəsi etmədiyi kimi, Trampı İran bataqlığına sürüklədi.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev qeyd edib.
O bildirib ki, İran ilk şokdan çıxmış kimi görünür, psixoloji üstünlük İsraili yavaş-yavaş tərk edir:
“Tramp vaxt udub, məsələyə daha dəqiq qiymət vermək istəyir.
Tramp İranın müdafiə gücünü bilmək istəyir. Yaxın Şərqdəki bazalarda paylanmış 40.000 əsgər və təyyarədaşıyan gəmilər İranın işğalı və ya kapitulyasiyası üçün bəs edirmi? Yoxsa əksinə, öz bazalarını hədəf göstərərək, Yaxın Şərqdəki varlığını təhlükəyə atacaq?
İranın müttəfiqləri... Artıq Çin və Pakistan İrana yardım etməyə başlayıb. Rusiya gözləmədədir. Trampın İrana hücumu Çin+Pakistan, hətta Rusiya bloku ilə müharibə deməkdirmi?!
Bu sualların cavabı aydın olmadıqca, ABŞ açıq müharibəyə başlamayacaq”.
- Qadınların pensiya yaşı artırıldı
- Zarafat qanla bitdi: həmkəndlisini öldürdü
- Bu əcnəbilər Azərbaycana vizasız gələ bilər – Təsdiqləndi
- Məzun xalatı və papağı hadisə yerində qalıb... - Video
- Bakı kəndlərini niyə qurbağalar basıb? - Video
- Bakıda tarixi UFC gecəsi - 72 ölkədən azarkeş və tam dolu arena
- Qarşısında baş əyməyi müzakirə yaratdı - Video
- Elə leysan yağır ki, oyun başlaya bilmir - Video