Ermənistanın Baş naziri Nikol Paşinyanın İstanbula səfəri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, şübhəsiz ki, tarixidir. Lakin bunun müsbət tarix olması məsələsi mübahisəlidir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
O, Paşinyanın bir məqsədlə Türkiyəyə səfər etdiyini, lakin istədiyini ala bilmədiyini söyləyib:
“İrəvan hökuməti İsrail ilə İran arasında başlayan müharibənin Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq yaratmasını gözləyirdi. Çünki Bakı və Ankaranın münaqişə tərəflərinə yanaşması fərqlidir. Nikol Paşinyan da burada İrəvan üçün Ankaraya yaxınlaşmaq fürsəti yaranacağını düşündü və bundan faydalanmaq məqsədilə Türkiyəyə getdi. Lakin bu ölkənin mətbuatının baş nazirin səfəri ilə bağlı yazılarına baxdıqda, Paşinyanın istədiyini ala bilmədiyi açıq şəkildə görünür.
Məsələn, “Daily Sabah” və “Anadolu” qeyd edir ki, Türkiyə İrəvan və Bakı arasında sülh müqaviləsi üzrə irəliləyiş üçün Ermənistanla nizamlanmanı əlaqələndirməyə davam edir. “Ekonomim” nəşrinin yazdığına görə, Türkiyə Azərbaycanın maraqlarını dəstəkləyərək, İrəvanla Bakı arasında sülhün bərqərar olmasına töhfə verməklə tarazlığı qorumağa çalışır.
Bir sözlə, Ermənistan hökumətinin gözləntiləri boşa çıxdı. Ankaranın prosesə yanaşmasına sadəcə Bakı təsir edə bilir. Paşinyanın istəkləri bu ölkə üçün tutarlı deyil”.
- Qadınların pensiya yaşı artırıldı
- Zarafat qanla bitdi: həmkəndlisini öldürdü
- Bu əcnəbilər Azərbaycana vizasız gələ bilər – Təsdiqləndi
- Məzun xalatı və papağı hadisə yerində qalıb... - Video
- Bakı kəndlərini niyə qurbağalar basıb? - Video
- Bakıda tarixi UFC gecəsi - 72 ölkədən azarkeş və tam dolu arena
- Qarşısında baş əyməyi müzakirə yaratdı - Video
- Elə leysan yağır ki, oyun başlaya bilmir - Video