Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Türkiyəyə səfəri zamanı bu ölkədə yaşayan erməni əsilli şəxslərlə görüşündə bir sıra sualları cavablandırıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, erməni əsilli şəxslər Azərbaycan və Türkiyənin “Turan” ideyasına dəstəyi, o cümlədən bu istiqamətdə Zəngəzur dəhlizinin açılması istəyindən söz açıblar.
Paşinyanın onlara cavabı isə böyük maraqla qarşılanıb:
“Ermənistan magistralda hərəkət edərkən avtomobillərin altında qalan, daha sonra ayağa qalxan, lakin təkrar yıxılan obyekt kimidir. Niyə yıxıldığımızı anlamırıq, lakin bunu başa düşməliyik. Dünyanın inkişaf etmiş heç bir ölkəsinin qonşuları ilə sərhədləri bağlı deyil. İndi hamını bir məsələ düşündürür: “Turan birliyi”. Onların məqsədi budur. Ermənistan ərazisindən keçməklə bir-biriləri arasında hərəkət etmək istəyirlər? Qoy, olsun. Bunun nəyi pisdir? Onlar şərqdən qərbə, şimaldan cənubə getmək istəyirlər? Biz razıyıq, nə problem var? Niyə getməsinlər? Beləliklə, bizim də sərhədlərimiz açılsın”.
- Qadınların pensiya yaşı artırıldı
- Zarafat qanla bitdi: həmkəndlisini öldürdü
- Bu əcnəbilər Azərbaycana vizasız gələ bilər – Təsdiqləndi
- Məzun xalatı və papağı hadisə yerində qalıb... - Video
- Bakı kəndlərini niyə qurbağalar basıb? - Video
- Bakıda tarixi UFC gecəsi - 72 ölkədən azarkeş və tam dolu arena
- Qarşısında baş əyməyi müzakirə yaratdı - Video
- Elə leysan yağır ki, oyun başlaya bilmir - Video