ABŞ-ın bu məsələdəki mövqeyi İsrailin mövqeyindən fərqlənmir. Vaşinqton İranın yalnız nüvə proqramını dayandırmasını deyil, həm də ballistik raket imkanlarını məhdudlaşdırmasını tələb edir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.
Onun sözlərinə görə, ABŞ-ın dünənki əməliyyatı, əslində, İrana müəyyən xəbərdarlıq edilərək həyata keçirilib:
“İranın Fordo nüvə obyektindən zənginləşdirilmiş uranın çıxarılması və əməkdaşların təhlükəsiz ərazilərə köçürülməsi göstərir ki, Tehran müəyyən dərəcədə əvvəlcədən məlumatlı olub. Hazırda Fordoya dəyən zərərin miqyası ilə bağlı ziddiyyətli məlumatlar var. Proseslərin necə inkişaf edəcəyi əsasən İranın verəcəyi reaksiyalardan asılı olacaq. ABŞ isə artıq bəyan edib ki, əgər Tehran cavab addımı atarsa, növbəti zərbələr endirmək hüququnu özündə saxlayır”.
Politoloq qeyd edib ki, rejim dəyişikliyi məsələsi də yenidən gündəmə gətirilib:
“Donald Tramp əvvəlki dövrlərdə İran rejiminin dəyişdirilməsini dəfələrlə səsləndirib. Bu məsələ indi də Tramp tərəfindən təkrar dilə gətirilib. Planlardan biri də son şahın oğlunun - Rza Pəhləvinin hakimiyyətə gətirilməsidir. Amma bu ssenari real deyil. İran cəmiyyətində şahın oğluna mənfi münasibət var. Belə bir dəyişiklik isə xaosa səbəb ola bilər ki, bu da nə ABŞ-ın, nə də regionun maraqlarına uyğundur”.
- Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN
- Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu
- Böyük Qayıdışla bağlı ilk iclas keçirildi
- Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
- Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər?
- ABŞ İrana yenidən zərbə endirə bilərmi?
- Bu “bank”ın baş filialı Xankəndidə idi… - Araik
- İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı