İran-İsrail müharibəsində atəşkəs əldə olundu. Müharibənin iki tərəfdən birinin geri çəkilməsi halında bitməsi mümkün görünürdü, bu razılaşmadan hər iki tərəf özünü "qalib" hesab edir: Vaşinqton və Təl-Əviv məqsədlərinə nail olduqlarını - İranın nüvə proqramını məhv etdiklərini deyir. İran isə ABŞ və İsrail qarşısında dirəniş göstərdiyini, təslim olmadığını bildirir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Əslində hər iki tərəf qazandığı kimi, hər iki tərəf də itirdi. İranın zəifliyi ortaya çıxdı, “toxunulmazlıq” iddiaları alt-üst oldu. Bu zəiflik təkcə daxildə yox, bölgədə İran rejiminin mövqelərinə ciddi təsir edəcək. Lakin ABŞ-İsrail cəbhəsinin İran rejimini tam təslimə məcbur edə bilmədiyi də ortadadır: nüvə potensialını tam məhv etdikləri hələ də mübahisəlidir; rejimi dəyişdirmək (cari məqsədin bu olmadığı, yaxud qısa müddətdə bunun mümkünsüz olduğu məlumdur) iddiaları reallaşmadı.
ABŞ-ın da qısamüddətli olsa belə qoşulduğu müharibədə təslim olmayan İran rejiminin dayanacağını demək çətindir, əksinə bundan geniş təbliğatda istifadə edəcəyi, xüsusilə "müqavimət oxu" adlandırdığı coğrafiyada mövqelərini bərpa etməyə çalışacağı istisna edilməməlidir”, - deyə politoloq bildirib.
Qeyd edək ki, 13 iyunda İsrailin İrana hücumu ilə başlayan müharibə bu gün atəşkəslə başa çatıb.
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
- Kreml indi də Qod Nisanovu hədəf alıb – ANONS verildi
- Klinika direktoru arvadını buna görə güllələyib - Təfərrüat
- Əliyevlə Bediməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto
- Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama
- Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto
- Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto
- Azərbaycan XİN İraqa başsağlığı verdi