Ümid edirəm ki, atəşkəs uzunmüddətli olacaq. Amma istənilən halda, uzunmüddətli olsa belə, bu, hər iki tərəf üçün regiondakı problemi öz münasibətlərində son həllinə hazırlıqdır.
Bu sözləri BUTA.TV-a rusiyalı politoloq Yevgeni Mixaylov İsraillə İran arasındakı atəşkəsi şərh edərkən deyib.
“Bu hazırlığın necə olacağı hələ bəlli deyil. Rusiya, Çin və Pakistanın İranın tərəfində olması tamamilə açıqdır. Bunlar üç nüvə gücüdür. Rusiya İrana strateji tərəfdaşlıq sazişi çərçivəsində milli təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Bundan sonra hər şey ola bilər, amma bu vəziyyətdə ümid edirəm ki, ya İsraildə, ya da İranda hakimiyyət dəyişikliyi olacaq və ölkələr uzun illər döyüş barədə neytral mövqeyə gələcək. Heç kim Yaxın Şərqdə böyük müharibənin baş verməsində maraqlı deyil, ən azı indi. Beləliklə, atəşkəsin nə qədər davamlı olacağını zaman göstərəcək”, - o bildirib.
Mixaylovun sözlərinə görə, İran kifayət qədər çox şey itirdi, lakin müəyyən zərbələrlə cavab verib simasını xilas etdi, bu da çox şey deyir:
Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
“Əvvəla, “İranın sonu yaxınlaşır” deyə qışqıranların hamısı yanıldı. İsrailin indi zirvəyə qalxacağını qışqıranların da hamısı yanılırdı. İndi bir növ sabit vəziyyət yaranıb, İranın buna cavab verəcəyinə dair anlayış var. Son zamanlar elan etmədən daim xaincəsinə hücum edən İsraildir. İran bunu nəzərə almalı və nəsə olarsa, İsrailin regionda maraqları ilə bağlı heç bir addım atmamalıdır. İndi İranın özündə dərin təmizləmə, MOSSAD casuslarının ifşası olacaq. Hamısı həbs olunacaq və asılacaq. Dövlətin özü isə öz milli təhlükəsizliyini daha da gücləndirmək üçün fəaliyyətini yenidən quracaq”.
- Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək!
- ABŞ Azərbaycana qayıqlar tədarük edəcək - Vens
- Vardanyan məhkəmədə son çıxışını etdi
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu
- Bakının köhnə binalar təmir olunacaq - 25 milyon ayrıldı
- Sabiq hərbi komissar məhkəmə zalında həbs edildi