İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİKS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər yayılıb. Rusiya Prezidenti Vladimir Putinin bu tədbirdə iştirak etməməsinin bəlli səbəbi var. Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsinə dair qərarı qüvvədədir. Putin bu səbəbdən hətta tərəfdaş hesab etdiyi ölkələrə səfərlərdən çəkinir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Rusiyanı toplantıda xarici işlər naziri Sergey Lavrov təmsil edəcək, Putin videkonfrans vasitəsilə toplantının işinə qatılacaq:
“Çin lideri Si Szinpinin Braziliyaya səfərdən imtina etməsi isə müəmmalıdır. Braziliya Prezidenti Lula da Silva qısa zaman kəsiyində Çin lideri ilə iki dəfə görüşüb və həmkarının Braziliyaya səfərinə ümidli idi. Pekin səfərin təxirə salınmasını Si Szinpinin qrafikinin yoğun olmasıyla izah edib. Qrafik nə qədər yoğun olsa da, çoxqütblü dünyanın formalaşmasında Moskva və Pekinin BRİKS-ə xüsusi əhəmiyyət verdikləri halda iki əsas dövlətin liderinin toplantıda iştirak etməməsi təşkilatın imicinə mənfi təsir edəcək. Misal üçün NATO-ya üzv ölkələrin tamamının liderləri Şimali Atlantika Blokunun son zirvə toplantısında iştirak edərək, qlobal mövzularda bəyanatlar verdilər, mətbuat konfransı keçirdilər”.
- Bakı kəndlərini niyə qurbağalar basıb? - Video
- Bakıda tarixi UFC gecəsi - 72 ölkədən azarkeş və tam dolu arena
- Qarşısında baş əyməyi müzakirə yaratdı - Video
- Elə leysan yağır ki, oyun başlaya bilmir - Video
- 6 gün dağıntılar altında sağ qaldı - Cəmi 3 yaşı var
- Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı
- Bakıda qeyri-adi hadisə : "Prius" pilləkəndə qaldı - Video
- “Nərimanov” metrostansiyasının çıxışı bağlanır?