“Azərbaycanda hazırda inflyasiyaya təsir göstərən amillər içərisində monetar və fiskal siyasət məsələləri minimum təşkil edir. Bu gün faktiki olaraq, Azərbaycan bank sistemində kreditləşmə o qədər aktiv deyil. Nisbətən istehlak kreditləri aktivdir. Ən çox pul yaradan mexanizm isə biznes kreditlərindədir. Yəni biznes kreditləri nə qədər aktiv olarsa, o qədər pul dövriyyəsinə təsir göstərir”.
Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov deyib. O, bildirib ki, ölkəmizdə ən böyük çəkidə olan təsir idxal inflyasiyası ilə bağlıdır:
“Fiskal siyasətdə hazırda büdcədə yalnız əsasən cari xərcləmələr var. Yəni çox aktiv tikinti-infrastruktur layihələrinin həyata keçirilməsi və s. yoxdur. Bütün bunlar əslində inflyasiyanı cilovlayan məsələlərdir. Yəni faktiki olaraq, həm monetar, həm də fiskal siyasətdə daraldıcı siyasətdir. Faktiki olaraq, hər ikisinin bu günkü siyasəti inflyasiya tətikləyən siyasət deyil. Bizim ölkəmizdə ən böyük çəkidə olan təsir idxal inflyasiyası ilə bağlıdır”i pizza
Ekspert diqqətə çatdırıb ki, inflyasiya təzyiqini aşağı salan ən əsas amillərdən biri yerli istehsal və yerli emaldır:
“Biz faktiki olaraq, yerli istehsal və emalı genişləndirməliyik ki, bu qədər idxal inflyasiyasının təzyiqinə məruz qalmayaq. Onu da nəzərə alaq ki, idxal inflyasiyası dedikdə heç də xarici ölkələrdəki məhsulların qiymətlərinin artımından söhbət getmir. Çünki bir çox hallarda, xarici ölkələrdə məhsulun öz qiyməti sabit qalsa da, burada logistika, rüsumlar və xərclər var.
Yəni təkcə məhsulun qiymətini nəzərdə tutmayaq. Hazırda Azərbaycanda inflyasiya təzyiqi hələ də qalır. Bu təzyiq gələn illərdə də davam edəcək. Çünki inflyasiya təzyiqini aşağı salan ən əsas amillərdən biri yerli istehsal və yerli emaldır. İstehlak kreditlərinin isə inflyasiyada hazırkı rolu çox aşağıdır. Hətta istehlak kreditləri ona görə azaldılmır ki, inflyasiyaya təsir göstərsin. Dediyim kimi, bunun inflyasiyaya təsiri minimumdur. İstehlak kreditlərinin məhdudlaşdırmağa çalışırlar. Bunun da əsas səbəbi əhalinin izafi borclanmamasıdır. Çünki mövcud şəraitdə izafi borclanma çox önəmli məsələlərdən biridir. Ona görə istehlak kreditlərinin inflyasiya təzyiqi formalaşdırdığı fikri hazırkı şəraitdə doğru deyil. Çünki istehlak kreditlərinin mövcud şəraitdə inflyasiyaya təsiri digər amillərlə müqayisədə minimumdur”.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ötən gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, 2026-cı ildə istehlak kreditləri portfelinin artımı 16% ətrafında proqnozlaşdırılır. Onun sözlərinə görə, bu göstərici inflyasiyaya təxminən 0,58 faiz bəndi həcmində artırıcı təsir göstərəcək. Mərkəzi Bankın hesablamalarına əsasən, istehlak kreditləri portfelinin 10%-lik artımı inflyasiya səviyyəsini 0,34% yüksəldir.
- İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi – Təcili
- "Mübariz İbrahimov" gəmisi miqrantları xilas etdi - Foto
- İran qorxur, Türkiyə xəyal edir: Zəngəzura xoş gəldiniz – ABŞ nəşri
- Nazirlik növbəti dəfə hərrac keçirdi
- Hakan Fidan Ceyhun Bayramovla danışdı
- Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi
- Fransa parlamentində Bakıya qarşı qətnamə ilə bağlı bəyanat
- DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır