Azərbaycanın Ukraynadakı səfirliyinə növbəti aviazərbədən sonra Kiyevdə Azərbaycan abidələrinin mühafizəsi işlərinə başlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “SOCAR Ukrayna” şirkətinin əməkdaşı Andrey Pomiluyko məlumat yayıb.
“Kiyev şəhəri və Kiyev vilayətində Azərbaycan Respublikasına aid bir sıra abidələr mövcuddur. Məsələn, Kiyevdə Heydər Əliyev parkında Heydər Əliyev abidəsi, İrpen şəhərindəki Dostluq parkında Zərifə Əliyeva abidəsi, həmçinin Kiyevdə Nəsimi, Səməd Vurğun və Müslüm Maqomayevin abidələri var. Hazırda qeyd olunan monumentlərin alova davamlı brezentlə örtülməsi və ətrafına taxta karkasın quraşdırılması işləri aparılır. Abidələrin ön hissəsində isə onların konturlarını əks etdirən bannerlər yerləşdiriləcək”, - Pomiluyko bildirib.
Onun sözlərinə görə, işlərin növbəti həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Qoruyucu örtüklər Azərbaycan hökumətinin qərarı ilə Ukrayna-Rusiya müharibəsi başa çatdıqdan sonra çıxarıla bilər.
- “Qafqazinfo”nun ad günüdür
- Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
- “28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
- XİN İndoneziyaya başsağlığı verdi
- Əncir dərmək istədi, ağacdan yıxılıb öldü
- “Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Video
- Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılıb ölkəsinə qaytarıldı
- Bakıda əməliyyat: saxlanılan var - Video