Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika

01:20 - 16 Noyabr 2025 - GÜNDƏM

 Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika

Belçika son həftələrdə Ukraynaya qarşı həyata keçirilən kütləvi Rusiya hücumlarını sərt və aydın şəkildə pisləyir.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo X sosial media hesabında yazıb.

XİN rəhbəri vurğulayıb ki, zərbələr qəsdən mülki əhaliyə, yaşayış məhəllələrinə, xəstəxanalara, enerji infrastrukturuna və həyati obyektlərə endirilib. Onun sözlərinə görə, hücumlar dinc sakinlərin, o cümlədən uşaqların ölümünə və yaralanmasına səbəb olub, icmaları "qorxu və qaranlığa" qərq edib.

Nazir bu hərəkətləri müharibə cinayətləri və Ukrayna xalqının mənəvi ruhunu sarsıtmağa yönəlmiş sistematik strategiyanın bir hissəsi adlandırıb. O qeyd edib ki, hücumların qəddarlığına baxmayaraq, ukraynalılar cəsarət və dözümlülük nümayiş etdirirlər.

Bu xəbər hal-hazırda çox oxunur
Ukraynada dəhşət: Pullar Rusiyaya daşınıb...

Maksim Prevo həmçinin Kiyevdəki Azərbaycan səfirliyinə endirilən zərbədən narahatlığını ifadə edib. O vurğulayıb ki, diplomatik missiyaya hücum qəbuledilməzdir və beynəlxalq sistemin prinsiplərinə ziddir. Onun sözlərinə görə, Belçika Azərbaycanın və səfirlik əməkdaşlarının yanındadır.

Sonda nazir bildirib ki, Belçika Avropa və beynəlxalq tərəfdaşlarla birlikdə Ukraynaya dəstəyini davam etdirəcək və müharibə bitənədək Rusiyaya təzyiqi artıracaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol