Kənd Təsərrüfatı Nazirliyi müvafiq güc strukturları ilə birlikdə Laçının Zabux kəndində əhalinin ərazini təhlükəsiz şəkildə parselləməsinə və həmin sahələrin vətəndaşlara təhkim olunmasına şərait yaratmağa çalışacaq.
BUTA.TV xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Baku TV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, 2025-ci ildə azad olunmuş ərazilərdə məhsuldarlığın artırılması məqsədilə 2024-cü illə müqayisədə əkin sahələri təxminən üçdə bir azaldılıb:
"Nəticədə azad edilmiş ərazilərdə məhsuldarlıq 37 % artıb. Bu, yaxşı göstəricidir. Amma həmin ərazilərdə hələ də görülməli işlər qalır".
O vurğulayıb ki, yaxın günlərdə Laçının Sus, Bəylik və Zabux kəndlərinin əkin potensialı təhlil edilib:
"Sus və Bəylik kəndlərində torpaqlar əkin üçün yararlı deyil. Bu səbəbdən bu kəndlərdə əsas diqqət heyvandarlıq və arıçılığın inkişafına yönəldiləcək. Zabux kəndində isə əkin üçün yararlı sahələr müəyyən olunub. Bu ərazilər Ermənistanla sərhəddə yerləşir. Biz Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birlikdə əhalinin həmin sahələrdə təhlükəsiz şəkildə ərazi bölgüsü aparmasına və əkin sahələrinin vətəndaşlara təhkim olunmasına çalışacağıq".
- Laçının torpaq potensialı yenidən qiymətləndirildi
- Erməni mütəxəssislər Bakıya gəlir - Tarix
- Toy, yas, sosial media... — Rəqsanənin hər addımı izlənəcək
- Azərbaycanda avtomobil nömrələrində yenilik... - Rəsmi
- Nazirdən pensiyalarla bağlı şad xəbər
- Azərbaycanla İsrail arasında mühüm iclas başladı - Foto
- Gideon Saar Azərbaycana gələcək
- ABŞ Azərbaycana süni intellekt texnologiyası satacaq