Bu günə olan məlumata görə, Azərbaycan 2020-ci ildən bəri 240 000 hektardan çox çirklənmiş ərazini təmizləyib və 227 000-dən çox mina və partlamamış hərbi sursatı zərərsizləşdirib ki, bu da azad edilmiş ərazilərdə təhlükəsizliyin bərpa edilməsi və yenidənqurma işlərinin aparılması üçün mühüm addımdır.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov X hesabında yazıb.
O qeyd edib ki, minatəmizləmə Böyük Qayıdış, icmaların yenidən qurulması və mülki əhalinin müdafiəsi üçün vacib olaraq qalır:
"Müharibə bitəndən bəri Azərbaycanda minalardan 400-dən çox insan həlak olub və ya şikəst olub, 1990-cı illərdən indiyədək qurbanların ümumi sayı 3400-dən çox olub. Qadınlar və uşaqlar itkilərin əhəmiyyətli hissəsini təşkil edir”.
- Bakı beynəlxalq əməkdaşlıq platformalarının mərkəz oyunçusudur
- Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında
- Tiflisin ən hündür yerində Azərbaycan bayrağı işıqlandırıldı
- Nə qədər ərazi minalardan təmizlənib? - XİN
- Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi
- Hansı dövlət qurumları ləğv olunacaq? - Plan hazırlandı
- Bakıda otelin 4 işçisi dəhşətli şəkildə öldü - Adlar
- 28 maddəlik sülh: Zelenski dalana dirənib, Putin də narazıdır