Hər bir cəmiyyətdə önəmli məsələlərdən biri ictimai nəqliyyat probleminin həllidir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında komitə sədri Fazil Mustafa bildirib. F. Mustafa bildirib ki, bu yaxınlarda “metro və avtobus qiymətlərinin artmasının səbəbləri, iqtisadi baxımdan müəyyən izahlarının olacağı gözlənilir:
“Amma həmişə imtiyazlı təbəqələrin - tələbələri, pensiyaçıların, əlillərin, Daun sindromlu uşaqların və bu təbəqədən olan digər insanların ictimai nəqliyyatdan müəyyən güzəştlərlə istifadəsi hələ də öz həllini tapmayıb. Bu yaxınlarda hava limanına taksilərin girişinin məhududlaşdırılmasına Ombudsman tərəfindən də reaksiya verildi. Təsəvvür edin, Naxçıvandan yoxsul bir insan 60 manat biletə pul verib Bakıya gəlir, sonra da 40 manat taksiyə verməlidir ki, şəhərə getsin. Biz ictimai nəqliyyatı vətəndaşlara xidmət edən modelə gətirməliyik” – deputat çıxışında qeyd edib.
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- Onlar “Neftçi”yə rəqib oldular
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq