Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş yeri kimi Macarıstan paytaxtı Budapeşti seçməklə Qərb ölkələri arasında Ukrayna müharibəsində baxışda fikir ayrılığını dərinləşdirmək istəyir. Birincisi, Macarıstan AB-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir. İkincisi, Budapeşt görüşündə Avropa liderlərinin iştirak etməməsi Brüsseli narahat edir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Putin sülhdə maraqlı deyil. O, Donbası tələb edir. Rusiya 4 il ərzində Donbasın tamamını işğal edə bilməyib. Kiyev Donbasın bir hissəsini nəzarətdə saxlayır və həmin hissəni Rusiyaya verməyəcək. Kiyev indiki şərtlər altında atəşkəsə razıdır”, - o bildirib.
Politoloq vurğulayıb ki, Ukraynanın itirdiyi əraziləri geri qaytarması da çətindir:
”Putin vaxt udmağa çalışır. O istəyir ki, Kiyev və Brüssel Ukrayna ərazisinin işğalını qəbul etsin. Kiyev və Brüssel buna razı deyillər. Donald Trampın məqsədi Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaqdır. Atəşkəs əldə olunmasa, Ağ Ev Avropa üzərində Ukraynaya hərbi texnika satmaqda davam edəcək”.
- Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!
- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto
- Heydər Əliyevin vəfatından 22 il ötür
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir