Dünən Gürcüstan səmasında qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsinin noyabrın 8-dən bəri uçuş istiqamətləri ortaya çıxıb.
BUTA.TV xəbər verir ki, təyyarə noyabrın 8-də yerli vaxtla 10:46-da Sivasdan qalxaraq 13:21-də Gəncə hava limanına enir.
Gəncədə bir neçə saat qaldıqdan sonra təyyarə 15:00-da birbaşa İstanbula uçub. Saat 17:18-də İstanbula enən C-130 1 saat sonra 18:19-da havaya qalxaraq Kayseriyə gəlib.
Göründüyü kimi, C-130 təyyarəsi bir gün ərzində Sivas-Gəncə-İstanbul-Kayseri arasında uçuş həyata keçirib.
Təyyarənin növbəti uçuşu noyabrın 10-da baş tutub. Səhər saat 09:31-də Kayseridən qalxan təyyarə 11:58-də Gəncəyə enib və elə həmin gün saat 15:36-da yenidən havaya qalxaraq, 18:34-də Kayseriyə qayıdıb.
Noyabrın 11-də saat 09:34-də Kayseridən qalxıb və saat 12:04-də Gəncəyə enib. Gəncədən saat 14:19-da havaya qalxan təyyarə daha sonra Gürcüstan üzərində qəzaya uğrayıb.
Bəzi məlumatlara görə, təyyarə həmin gün yenidən Gəncəyə qayıtmalı imiş.
Qeyd edək ki, hərbi təyyarənin qəzaya düşməsi nəticəsində qardaş ölkənin 20 hərbçisi şəhid olub.
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
- Avqust ayının qeyri-iş günləri - Təqvim