OBA-da alış-veriş daha sürətli və daha qazanclı oldu

13:02 - 5 Fevral 2026 - GÜNDƏM

 OBA-da alış-veriş daha sürətli və daha qazanclı oldu

Bu ilin mart ayında fəaliyyətinin 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi müştəri təcrübəsini daha rahat, sürətli və qazanclı etmək məqsədilə mobil tətbiqini yeniləyərək OBAPlus adı ilə istifadəyə verib.

BUTA.TV xəbər verir ki, yenilənmiş tətbiq müasir funksionallıqları, istifadəçi dostu interfeysi və əlavə üstünlükləri ilə alış-veriş prosesini yeni mərhələyə daşıyır.

Yeni OBAPlus mobil tətbiqi ilə istifadəçilər gündəlik alış-verişlərini daha rahat planlaşdıra, müxtəlif kampaniyalardan faydalana və əlavə qazanc imkanları əldə edə bilirlər. Tətbiqin yenilənmiş siması olan “Sürət” isə müştərilərə daha çevik, daha əyləncəli və daha faydalı alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir.

OBAPlus istifadəçilərə aşağıdakı imkanları təqdim edir:

Bu xəbər hal-hazırda çox oxunur
Müğənni Xananın toyu oldu - VİDEO

“Sürətli səbətlər” oyunu vasitəsilə xal toplamaq və mükafatlar qazanmaq,

Dostunu gətir funksiyası ilə bonus əldə etmək,

Alış-veriş səbətini öncədən yığmaq və ailə üzvləri ilə paylaşmaq,

QR kod vasitəsilə məhsul qiymətlərini yerindəcə yoxlamaq,

İnternetsiz keşbek qazanmaq və xərcləmək,

Toplanan keşbeki istənilən şəxsə ötürmək imkanı.

Yenilənmiş tətbiq həm iOS, həm də Android əməliyyat sistemlərində mövcuddur. Mövcud istifadəçilər tətbiqi yeniləməklə, yeni istifadəçilər isə Play Market və App Store üzərindən yükləməklə OBAPlus-un təqdim etdiyi üstünlüklərdən yararlana bilərlər.

OBA marketlər şəbəkəsi OBAPlus vasitəsilə rəqəmsal həlləri inkişaf etdirməyi, müştərilərə daha yaxın olmağı və alış-veriş təcrübəsini davamlı şəkildə təkmilləşdirməyi qarşısına məqsəd qoyur.

Mövzu ilə bağlı reklam çarxına bu linkdən baxa bilərsiniz.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol