ABŞ səfirliyi “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə səmimi-qəlbdən təbrik edir. Bu Azərbaycan futbolu tarixində ilk belə nailiyyətdir!
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Feysbuk səhifəsində qeyd olunub.
“Bu uğur Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın nəticəsi olan ardıcıl güclü çıxışların məntiqi yekunudur.
ABŞ iyun ayında FİFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən, idmanın insanları bir araya gətirmək, sərhədləri və mədəni fərqləri aşmaq kimi bənzərsiz gücünü bir daha xatırlayırıq. Dünyanın dörd bir yanında azarkeşlərə futbolun sevincini yaşadan daha çox unudulmaz anların olacağına inanırıq”, - səfirlik qeyd edib.
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı
- Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar
- Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
- Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
- Buzlu yol Salyanda ağır qəzaya səbəb oldu - Video
- Məhkəmədən Mirədalət Talışxanov barəsində qərar...
- Pensiyalar yeni artımla nə vaxt ödənəcək? - Rəsmi
- AzerGold QSC-nin təsis edilməsindən 11 il ötür