Bakıda tramvay xətlərinin yenidən çəkilməsi ictimai nəqliyyatın gücləndirilməsi və avtomobil yollarında yüklənmənin azaldılması baxımından effektiv addımdır.Tramvaylar maneəsiz hərəkət etdiyindən daha çox sərnişin daşımaq imkanına malikdir və bu xüsusiyyət avtomobil istifadəsinin azalmasına müsbət təsir göstərə bilər.
Bu sözləri BUTA.TV-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıda tramvay xətlərinin tətbiqi perspektivlərindən danışarkən deyib.
Ekspert bildirib ki, hazırda Bakının ictimai nəqliyyat sistemi əsasən avtobus və metrodan ibarətdir, dəmir yolu və taksi isə köməkçi rol oynayır. Onun fikrincə, tramvayların yenidən paytaxt nəqliyyatına qaytarılması bu sistemi daha da gücləndirəcək və şaxələndirəcək:
“Avtobus, metro və tramvaydan ibarət nəqliyyat üçbucağı formalaşacaq. Müasir tramvaylar sovet dövründəki nümunələrdən köklü şəkildə fərqlənməlidir.Yeni tramvaylar daha səssiz, daha effektiv və daha sürətli olmalıdır. Bakı kimi böyük və sıx şəhər üçün tramvay kifayət qədər effektiv nəqliyyat növüdür. Əsas şərt tramvay xətlərinin avtomobil yolları ilə kəsişməsinin minimuma endirilməsi və onun ayrıca zolaqla hərəkət etməsidir”.
O əlavə edib ki, tramvay xətlərinin salınması yol infrastrukturunda müəyyən dəyişikliklər tələb etsə də, bu, risk və ya çətinlik deyil, sadəcə layihənin icrası üçün zəruri olan mərhələlərdir.
Qeyd edək ki, Mehdiabad qəsəbəsindən “28 May” metrostansiyasına qədər tramvay xəttinin tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi artıq hazırlanıb və hazırda layihələndirmə işləri həyata keçirilir.
- Bakıda həbsdə olan daha 7 erməniyə hökm oxundu
- Magistraturaya qəbul imtahanı keçiriləcək
- Naxçıvanda qarın hündürlüyü 89 sm oldu
- İcra başçısı özünə birinci müavin təyin etdi
- 7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulub... - Təfərrüat
- Yaxın günlərdə qar və çovğun olacaq? – Rəsmi
- Bakının bu rayonu susuz qaldı
- Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?