Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, m 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilzadə Hüseyn İsa oğluna məxsus “By Fateh” ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiətedici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan “Chivas” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laboratoriyaya təqdim edilib.
Qeyd edək ki, "By Fateh" restoranının sahibi meyxanaçı Aqşin Fatehdir.
- Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - VİDEO
- Serbiyaya təbii qazın ixrac həcmi artırılacaq
- Zirədən ixrac edilən məhsullar çox ləzizdir - Vuçiç
- Əliyev və Vuçiç mətbuata bəyanatla çıxış edirlər
- Sumqayıtda 33 yaşlı kişi dəm qazından boğuldu
- Magistraturaya qəbul imtahanı keçirildi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Həcc üçün sənəd qəbulunun vaxtı uzadıldı